Azərbaycana 1232 ədəd qızıl bəzək əşyası keçirmək istəyən şəxs tutldu


Gömrük əməkdaşları külli miqdarda qızıl bəzək əşyalarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes-Benz E240” markalı avtomobil saxlanılıb və həmin şəxs sorğu-sual olunub.

 

Dövlət Gömrük Komitəsindən Yeniavaz.com-a verilən məlumata görə, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin avtomobilə gömrük baxışı zamanı minik maşınının mühərriki saxlayan hissəsində 1 ədəd bağlamada qızıl-zinət əşyaları aşkarlanıb.

Daha sonra avtomobilə baxış davam etdirilib və minik maşınının kondisionerinin iş rejimini təşkil edən hissəsində də 1 ədəd bağlamada qızıl-zinət əşyaları aşkar olunub. Eyni zamanda, mühərrikin qapağı açılaraq orada da silindr şəklində olan əşyanın içərisində 1 ədəd bağlamada qızıl-zinət əşyalarının saxlandığı müəyyən edilib.

Beləliklə, aşkar olunan malların qızıldan hazırlanmış 101 ədəd kulonla birlikdə boyunbağı, 50 ədəd tək boyunbağı, 115 ədəd qolbaq, 489 cüt sırğa, 227 ədəd üzük, 9 ədəd sırğa-üzük dəsti, 60 ədəd üzük-sırğa-kulon dəsti, 166 ədəd kulon, 3 ədəd saat, 1 ədəd üzük-bilərzik dəsti, 10 ədəd sancaq və 1 ədəd sırğa-kulon-boyunbağı dəsti olduğu müəyyən edilib.

Bu zərgərlik məmulatının qablaşdırılması ilə birlikdə ümumi çəkisi isə 4148 qram təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top