Ermənistan ordusunda daha bir güllələnmə


Ermənistanın Tavuş bölgəsində müqavilə əsasında hərbi xidmət keçən  27 yaşlı hərbi qullquçu yaralanıb. 
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan açıqlama verib.
Artsrun Hovhannisyan bildirib ki, dünən saat 23։50 radələrində müqavilə əsasında hərbi xidmət keçən  O. Artak qarın nahiyəsindən yaralanıb. Yaralı əsgər İrəvandakı "Camparak Tibb Mərkəzinə" aparılıb. Hadisənin hansı şəraitdə baş verdiyi açıqlanmır.
 
 

DİGƏR XƏBƏRLƏR

Top