
Böyük Britaniyanın baş naziri Boris Conson İngiltərənin Lids şəhərində yerləşən həbsxananı ziyarət edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Boris Consona həbsxana ziyarəti zamanı məhbuslar barədə görüntülər təqdim edilib. Onlardan birində məhbuslar qeyri-adi üsullara əl ataraq həbsxanaya narkotik maddə keçirməyə çalışdıqları görüntülər yer alıb.
Belə ki, məhbuslardan biri yumurtanın içərisinə narkotik gizlətdikdən sonra udub. Bu şəkildə həbsxanaya keçmək istəyərkən polislər tərəfindən saxlanılıb. Həmin hadisənin görüntülərini izləyən baş nazir təəccübünü gizlədə bilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz