Bu qəsəbədə son 9 ildə doğulan bütün uşaqlar qızdır


Polşanın Miejsce Odrzanskie adlı qəsəbəsində 10 ilə yaxındır ki, oğlan uşağı dünyaya gəlmir.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, uşaq sayındakı bu qeyri-bərabərliyin səbəbi isə hələ ki, bəlli deyil. Ancaq bu qəribə halın mətbuata düşməsi bütün diqqətləri qəsəbəyə yönəldib.
Qəsəbədə doğulacaq ilk oğlan uşağını mükafatlandıracağını bildirən bələdiyyə sədri Kristina Zidzayk qəsəbədəki bir küçəyə də həmin uşağın adını verəcəyini bildirib: "Həmin ailəyə də yaxşı bir hədiyyə verəcəyik. Uşağın xatirəsinə meşə aacı da əkməyi düşünürük".
Qəsəbədə qızların daha üstün olması Polşada keçirilən müxtəlif tədbirlərə və uşaq müsabiqələrində ancaq qızların iştirak etməsinə imkan verir.
Elm adamları da məsələ ilə bağlı araşdırmalar aparmaq istəyirlər.
Qeyd edək ki, Polşanın əksər qəsəbələri kimi Miejsce Odrzanskienin də əhalisi çox azdır. İkinci Dünya Müharibəsindən sonra 200 nəfərin qaldığı qəsəbədəki əhali sayı hazırda 272-dir. Son 9 ildə doğulan 12 uşağın hamısı isə qızdır.
Əhalisin daha çoxu qadınlardan ibarət olan qəsəbədə işlərin əksəriyyəti də onların öhdəsinə düşür.

DİGƏR XƏBƏRLƏR

Top