Azərbaycanda xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin azaldı


Bu ilin ilk 7 ayı ərzində Azərbaycanın digər ölkələrlə apardığı ticarət əməliyyatlarının həcmi 20 milyard 701 milyon 383,2 min dollar olub.
Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 25,3% çoxdur.
İdxal əməliyyatları üzrə 8 milyard 433,7 milyon dollar, ixrac əməliyyatları üzrə 12 milyard 267,7 milyon dollar ticarət həcmi qeydə alınıb. 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə idxalın həcmi dəyər ifadəsində 46%, idxalın həcmi isə 14% artıb.
2019-cu ilin ilk 7 ayında xarici ticarət dövriyyəsində 3 milyard 834 milyon dollarlıq müsbət saldo yaranıb və ötən ilin eyni dövrü ilə müqayisədə 23% azalıb.
 
 

DİGƏR XƏBƏRLƏR

Top