Azərbaycana hər gün xaricdən 110 avtomobil gətirilir - 2 dəfə artıb


Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana xaricdən 22 min 974 ədəd müxtəlif təyinatlı avtomobil gətirilib.
Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, 2018-ci ilin ilk 7 ayı ilə müqayisədə 11 min 274 ədəd və yaxud 2 dəfə çoxdur. Bu ilin ilk 7 ayında gündəlik avtomobil idxalı orta hesabla 110 ədəd olub.
Hesabat dövründə əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobillərinin idxalı 2 dəfə artaraq 20 min 800-ə yüksəlib.
Bundan başqa yanvar-may aylarında 139 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1943 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 92 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

DİGƏR XƏBƏRLƏR

Top