Rusiya və Ukrayna bir-birlərinin diplomatlarını deportasiya etdi


Ukrayna hökuməti Rusiyanın Lvov Konsulluğundakı çalışan diplomatı deportasiya etdiyini açıqladıqdan sonra Rusiya tərəfi də Ukraynanın Sankt-Peterburq Konsulluğundakı bir diplomatı arzuolunmaz şəxs elan etdiyini bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, məsələ ilə bağlı əvvəlcə Ukraynanın milli təhlükəsizlik orqanları açıqlama verib.
Bildirilib ki, Rusiyanın xüsusi kəşfiyyat orqanları Lvovdakı bir ukraynalı təqaüdçü hərbçidən ölkənin qərbindəki mülki, hərbi və polis təşkilatları haqqında məxfi məlumatlar alırmış. Sözügedən hərbiçinin bu məlumatları Rusiyanın Lvov Konsulluğundakı bir diplomata verdiyi qeyd olunub. Ukrayna hökuməti həmin diplomatın, konsulluqda işləyən xüsusi kəşfiyyat orqanlarının əməkdaşı olduğunu iddia edib və həmin şəxsi deportasiya etdiklərini açıqlayıb.
Ukrayna hökumətinin bu açıqlamasından sonra isə dünən axşam saatlarında Rusiya hökuməti Ukraynanın Sankt-Peterburq Konsulluğundakı bir diplomatını deportasiya edəcəklərini bildirib. Rusiyanın Xarici İşlər Nazirliyindən verilən bəyanatda Ukraynanın bu addımının provakasiya əhəmiyyəti daşıdığı, həmin diplomatın iddia edilən fəaliyyətləri yerinə yetirdiyinə dair heç bir əsasın olmadığı qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top