Bakıda 4 yaşlı uşaq ikinci mərtəbədən yıxılıb


Nəsimi rayonunda nəzarətsiz qalan uşaq ikinci mərtəbədən yerə yıxılıb.

Hadisə Hənifə Ələsgərova küçəsində baş verib.

Belə ki, 2015-ci il təvəllüdlü Hüseyn Məhərrəmov yaşadığı evin pəncərəsindəki tora toxunub. Nəticədə valideyn nəzarətindən kənar olan uşaq binanın ikinci mərtəbəsindəki pəncərədən yerə yıxılıb.

O, özəl xəstəxanaların birinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, vəziyyəti ağırdır.//APA

DİGƏR XƏBƏRLƏR

Top