Bakıda qəribə hadisə: Sürücü 40 dəqiqə tərslik edib hərəkəti iflic etdi - VİDEO


Paytaxtın "Şamaxinka dairəsi" adlanan ərazisində qəribə hadisə baş verib.


Yeniavaz.com xəbər verir ki, BAKU.WS-in "qaynar xətti"nə verilən məlumata görə, marşrut avtobusu dayanacaq istiqamətində hərəkət etdiyi zaman, "Mercedes" markalı avtomobil əks istiqamətdə yola çıxaraq maşınların və avtobusun hərəkəti üçün maneə yaradıb. 

Şikayətçi bildirir ki, yolda tıxac azaldığı zaman, maşınlar hərəkət etsələr də "Mercedes" markalı avtomobilin sürücüsü yerindən tərpənməyib və bu da marşrutun hərəkəti üçün maneə yaradıb. Avtobus sürücüsü və sərnişlərin etirazına məhəl qoymayan şəxs 40 dəqiqə ərzində yolun əks istiqamətində dayansa da, öz yolunda dayandığını və heç yerə tərpənməyəcəyini bildirib.

Videogörüntünü təqdim edirik: 

DİGƏR XƏBƏRLƏR

Top