Dənizdə boğulan Ramil Türkiyəyə işləməyə gedibmiş... - FOTOLAR


Xəbər verdiyimiz kimi, Türkiyənin Alanya şəhərində Azərbaycan vətəndaşı Ramil Zeynalov dənizdə boğularaq ölüb.

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, 24 yaşlı Ramil bu ilin yayında dostu ilə Türkiyəyə işləmək üçün gedib. 24 yaşlı gənc əvvəlcə Alaniyada yerləşən “Dinner” otelində aşpaz kimi çalışıb. O, daha sonra iş yerini yaxınlıqda yerləşən restoranların birinə dəyişib.

Bazar günü istirahətindən istifadə edən Ramil, dənizə çimməyə yollanb. Azərbaycanlı gənc Dimçayla Aralıq dənizinin birləşdiyi yerdə boğularaq ölüb. Onun cənazəsinin avqustun 16-dək Bakıya göndəriləcəyi bildirilir.

Qeyd edək ki, ötən ayın 29-da 24 yaşını qeyd edən Ramil Zeynalov Laçın rayonundan məcburi köçkün olub. O, ailəsi ilə birlikdə Bakının Hövsan qəsəbəsində məskunlaşıb. İmkansız ailənin övladı olduğu bildirilən Ramilin bir bacısı var.

DİGƏR XƏBƏRLƏR

Top