Ermənistan əsgərinin Azərbaycana qaçması haqda MƏLUMAT YAYDI


Ermənistanın Müdafiə Nazirliyi hərbi qulluqçunun Azərbaycan ərazisinə keçməsi faktını etiraf edib.

Nazirliyin məlumatında deyilir:

“Avqustun 12-də, təxminən saat 12:00-da Müdafiə Ordusunun bölmələrindən birinin mühafizə zonasından cənub-şərq istiqamətində, hələlik aydınlaşmamış səbəbdən 2000-ci il təvəllüdlü hərbi qulluqçu Araik Kazaryan döyüş mövqeyini tərk edib”.

"Sputnik Ermənistan" yazır ki, Araik Kazaryan orduya 2019-cu ilin yanvarında çağrılıb. O, Vayotsdzor bölgəsinin Yexeqis kəndindəndir. Onun Ermənistan Silahlı Qüvvələrinin sıralarında müqavilə üzrə xidmət edən bir qardaşı var. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top