Mingəçevirdə 32 yaşlı şəxsi bıçaqlayan saxlanıldı


Mingəçevirdə 32 yaşlı şəhər sakinini bıçaqlayan şəxs saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, şəhərin Xan Şuşinski küçəsində yerləşən kafedə 1987-ci il təvəllüdlü şəhər sakini Məhəmməd Abdullayev içkili vəziyyətdə olan digər şəxs tərəfindən bıçaqlanmışdı. Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü şəhər sakini Məmməd Səfər oğlu Bəkirov saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan şəxs ilkin ifadəsində törətdiyi əməli etiraf edib.
Faktla bağlı arşdırma aparılır.
 
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top