
Rusiyada yeni doğulmuş körpəni xaç suyuna çəkən rahib, bu an uşağa təzyiq göstərib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Leninqradın Qatçina şəhərindəki Marianburq Kilisəsində baş verib. Valideyinləri yeni doğulmuş körpələrini xaç suyuna çəkməsi üçün rahibə əmanət edib. Lakin rahibin etdiyi aqressiv hərəkətlər və uşağa təzyiq göstərməsi valideyinlərdən birinin qəzəbinə səbəb olub. O dərhal uşağı rahibdən alıb.
Valideyinlər daha sonra məsələni polisə bildirərək rahibdən şikayətçi olublar.