"Nissan" yoldan çıxıb qəza etdi - Yaralılar var - VİDEO

Ağstafa rayonunda iki nəfərin ağır xəsarəti ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.
Rusiya dövlət nömrə nişanlı "Nissan Tida" markalı avtomobil idarə etmədən çıxaraq çökəyə düşüb.
İlkin məlumatlara əsasən, qəzada 1996-cı il təvəllüdlü Qasımov Fərhad Səməndər oğlu və 1992-ci il təvəllüdlü Misirov Arif Səfər oğlu ağır bədən xəsarətləri alıblar.
Onlar Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəsarət alan şəxslərin bayramla əlaqədar rayona qonaq gəldiyi deyilir.

DİGƏR XƏBƏRLƏR

Top