
Türkiyənin Alanya vilayətində yaşayan 24 yaşlı həmyerlimiz Ramil Zeynalov dənizdə boğulub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, dostlarıyla birgə istirahət üçün dənizə üz tutan R. Zeynalov dənizdə çimərkən axıntıya düşüb. Onu sahilə çıxaran təhlükəsizlik əməkdaşları dərhal xəstəxanaya aparıblar. Həkimlərin bütün səylərinə baxmayaraq Ramili xilas etmək mümkün olmayıb.
Onun meyiti yarılmaq üçün məhkəmə tibbi-ekspertizaya təhvil verilib.