Sabirabadda 2 yaşlı oğlan avtoqəzada ölüb

Sabirabadda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, rayonun Qaratoğay kəndində içərisində Əşrəf Məmmədov və 2 yaşlı nəvəsi Əşrəf Ramin oğlu Məmmədovun olduğu “Mercedes” markalı avtomobil aşıb.

Qəza nəticəsində azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb. 

Sürücü isə Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top