İmamoğlunun adından istifadə edərək QUMAR oynayıblar


İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu, AKP (Ədalət və İnkişaf Partiyası) İstanbul millət vəkili Sərxan Bayramı məhkəməyə verib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, İmamoğlu S. Bayramı şəxsiyyət vəsiqəsinin seriya nömrəsini öz rəsmi "Twitter" səhifəsində paylaşdığı üçün məhkəməyə verib və dəymiş mənəvi zərərin ödənilməsi üçün 50 min lirə (təxminən 16 min manat) miqdarında təzminat tələb edib.
Əkrəm İmamoğlunun vəkili, bəzi şəxslərin şəxsiyyət vəsiqəsinin seriya nömrəsindən istifadə edərək internetdə saxta istifadəçi adı açdıqlarını və qumar oynadıqlarını iddia edib.
Millət vəkili Sərxan Bayram isə Ə. İmamoğlunun şəxsiyyət vəsiqəsini özünün paylaşdığını iddia edib və şikayətini geri götürməsini tələb edib.

DİGƏR XƏBƏRLƏR

Top