Mingəçevirdə qız üstündə bıçaqlanma olub

Mingəçevir sakini 1987-ci il təvəllüdlü Məhəmməd Abdullayev mübahisə və münaqişə zəminində bıçaqlanaraq ağır xəsarət alıb.

Yeniavaz.com xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Xan Şuşinski küçəsindəki kafedə baş verib. Yaralı xəstəxanaya yerləşdirilib.

Əldə edilən ilkin məlumata əsasən, tərəflər arasında münaqişə qız üstündə olub.

Qeyd edək ki, bıçaqlanan şəxs, şəhərdə balıq satıcısı kimi tanınır. 

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top