Uşaq və əmisi hotelin eyvanından yıxılıb: birinin vəziyyəti ağırdır

Gəncədəki hotellərin birində bədbəxt hadisə baş verib.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, 2016-cı il təvəllüdlü Əli Mehralıyev hotelin eyvanından yıxılıb.

Bu zaman onu xilas etmək istəyən əmisi, 1979-cu il təvəllüdlü Aydın Mehralıyev də üçüncü mərtəbədən yıxılıb. Uşaq və əmisi müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhər Mərkəzi Klinika Xəstəxanasına yerləşdirilib. A.Mehralıyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top