Azərbaycanda bayram namazı qılınır

Bu gün müqəddəs Qurban bayramı ilə əlaqədar Azərbaycan məscidlərində bayram namazı qılınır.
Yeniavaz.com xəbər verir ki, yüzlərlə insanın qatıldığı bayram namazına Bakının “Əjdərbəy” məscidində saat 08:00-da, “Təzəpir” məscidində isə 09:00-da başlanılıb.
“Təzəpir”də namaza məscidin imamı Mircəfər Əyyubov rəhbərlik edir.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.

DİGƏR XƏBƏRLƏR

Top