Bu gün Azərbaycanda müqəddəs Qurban bayramı qeyd olunur


Bu gün Azərbaycanda İslam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.

Bu bayram müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir.

Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib onun ətini imkansızlara, kasıblara paylamalıdır.

Müqəddəs bayram münasibətilə paytaxt Bakıda və Azərbaycanın bütün bölgələrində də qurbanlar kəsilir.

Nazirlər Kabinetinin qərarına əsasən, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12 və 13-ü qeyri-iş günüdür.

Bayramınız mübarək.

DİGƏR XƏBƏRLƏR

Top