İcra Hakimiyyətindən əhaliyə XƏBƏRDARLIQ! - Pəncərələri bağlayın!


Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinləri və şəhərimizin qonaqlarına hava şəraiti ilə bağlı müraciət edib.

Yeniavaz.com xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən müraciətdə deyilir:

"Bu gün, avqust ayının 11-dən başlayaraq havanın kəskin şəkildə dəyişməsi, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacaqı gözlənilir. Bununla əlaqədar vətəndaşları ehtiyatlı olmağa, nəqliyyat vasitələrini ağacların altında saxlamamağa, mənzillərdə pəncərələri bağlamağa və digər təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırırıq. Bakı şəhəri üzrə bütün kommunal və texniki xidmətlər gücləndirilmiş iş rejimində çalışacaq".

DİGƏR XƏBƏRLƏR

Top