Masallıda məscidə göz dikən şəxs ələ keçdi


Masallı rayon Xıl kənd sakini Abbasov İltifat Adil oğlu Masallı Rayon Polis Şöbəsinə Xıl kəndində yerləşən məscidin həyətindən bir ədəd 250 manat dəyərində elektrik tənzimləyicisinin, 9 ədəd 310 manat dəyərində dam örtüyünün, 6 ədəd 90 manat dəyərində taxta materiallarının, və bir ədəd 200 manat dəyərində dəmir hasar örtüyünün naməlum şəxslər tərəfindən oğurlanması haqqında şikayət ərizəsi ilə müraciət edib.

DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycanın bölgə müxbirinə verilən məlumata görə Masallı polisinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, oğurluq hadisəsini Masallı rayonu Musaküçə kənd sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Cəfərov Ağababa törədib. A.Cəfərov şübhəli şəxs qismində tutulmuş, ilkin dindirmə zamanı o törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmiş, həmin şəxsin oğurladığı əşyalar maddi sübut kimi götürülmüşdür.  Hazırda fakta bağlı Masallı RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə başlanılıb,cinayət işi üzrə istintaq davam etdirilir. 

DİGƏR XƏBƏRLƏR

Top