Toyda kütləvi dava olub, iki nəfər bıçaqlanıb

Cəlilabad rayonunda toyda kütləvi dava baş verib.

Hadisə rayonun Göytəpə şəhərindəki "Yamal" şadlıq sarayında olub.

Belə ki, 10-dan çox toy iştirakçısı arasında mübahisə yaranıb. Sonda mübahisə davaya çevrilib. Kütləvi dava nəticəsində 1994-cü il təvəllüdü Emin Əşrəfov baş nahiyəsindən, 1996-cı il təvəllüdlü Anar Əsgərov isə əl nahiyəsindən bıçaqlanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//Report

DİGƏR XƏBƏRLƏR

Top