Bu gün Sumqayıtda yanğın zamanı FHN əməkdaşı xəsarət alıb - FOTO+VİDEO


Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda baş verən yanğınla bağlı məlumat yayıb.

Yeniavaz.com FHN-ə istinadən bildirir ki, 10 avqust 2019-cu il tarixdə saat 16:58-də FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində mebel sexində yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlər hadisə yerinə çatarkən artıq bina tam alovlanmış vəziyyətdə olub.

Yanğın nəticəsində ümumi sahəsi 1025 m² olan mebel sexi yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən 18:21-də söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğının söndürülməsi zamanı Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin bir əməkdaşı xəsarət alıb. O, Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib.


DİGƏR XƏBƏRLƏR

Top