Qonşuda dərman qıtlığı yarandı, insanlar ölür...

BMT ABŞ-ın sanksiyaları nəticəsində İranda kəskin dərman çatışmazlığı yarandığını və nəticədə sadə insanların öldüyünü bildirir.

Belə bəyanatla BMT-nin birtərəfli məəcburetmə tədbirlərinin insan haqlarına təsirini araşdıran xüsusi məruzəçi İdris Cəzair çıxış edib.

Onun bildirdiyinə görə, Amerikanın sanksiyaları artıq İranda insanların sağlamlıq hüquqlarına ciddi zərbə vurmağa başlayıb. “Çoxsaylı etibarlı mənbələr sanksiyalar səbəbindən dərmanların qıtlaşdığı və nəticədə insanların əzab çəkdiyi, hətta öldüyü haqda məlumatlar verir”,-BMT məruzəçisi bildirib.

İdris Cəzair qeyd edib ki, ABŞ-ın 2019-cu ilin iyun ayında tətbiq etdiyi son sanksiyalar paketi, o cümlədən ali dini lider Əli Xameneyinin özünə və dəftərxanasına qarşı tətbiq edilmiş sanksiyalar yanacaqla bağlı vəziyyəti daha da pisləşdirəcək, Tehranla Vaşinqton arasında fikir ayrılıqlarının dinc yolla nizamlanması perspektivlərini darmadağın edəcək.

Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top