Zaqatalada gün ərzində 2-ci dəfə zəlzələ olub - Yaralananlar var


Zaqatalada gün ərzində ikinci dəfə zəlzələ olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Təkanlar yerli vaxtla saat 15:22-də Zaqatala stansiyasından 14 km cənub-qərbdə qeydə alınıb. Zəlzələ hiss olunub.
Xatırladaq ki, bu gün səhər saatlarında Zaqatalada 4,9 ballıq zəlzələ olub. Hadisə nəticəsində Zaqatala MR Xəstəxanasına 5 nəfər müraciət edib. 
Səhər saatlarında Zaqatalada baş vermiş zəlzələ ilə bağlı Zaqatala MR Xəstəxanasına 5 nəfər müraciət edib. 
Onlardan ikisi - Göyəm kənd sakini 1992-ci il təvəllüdlü Osmanova Ayşə Hacıməmməd qızı və Hüseynova Hürüney Ramazan qızı yüngül travma, üçü isə - şəhər sakinləri 1987-ci il təvəllüdlü Hüseyinova Saqibət Mayis qızı, 1960-cı il təvəllüdlü Pirəliyeva Sürəyya Cuma qızı və 1990-cı il təvəllüdlü Məmmədova Gülnarə Əli qızı stress, həyəcan və qorxu əlamətləri ilə daxil olub.
Xəstələrə tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.

DİGƏR XƏBƏRLƏR

Top