Millət vəkili daha bir hərbiçimizin şəhid olduğunu deyir - Nazirlik məlumat vermir


Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbiçisi şəhid olub.

Yeniavaz.com xəbər verir ki, bu məlumatı millət vəkili Adil Əliyev dünən axşam saatlarında sosial şəbəkə hesabında paylaşıb.
Millət vəkili bildirib ki, atəşkəsin pozulması nəticəsində Naxçıvanda yerləşən N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi quluqçusu, Ordubad rayonu Unus kənd sakini Yusifov Vüsal Nizami oğlu şəhid olub.
Məlumat üçün bildirək ki, bu tarixədək Müdafiə Nazirliyindən bu barədə rəsmi açıqlama verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top