Atambayevin ofisinə və telekanalına həbs

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin Bişkekdə Forum binasındakı ofisi möhürlənib.

Bu barədə RİA Novosti Atambayevin müşaviri Gündüz Joldubayevaya istinadən məlumat yayıb.

Məlumatda deyilir: “Forum binası möhürlənib. Ona həbs qoyulub”.

Bundan əlavə, qırğız xüsusi təyinatlıları eks-prezidentin sahibi olduğu “Aprel” telekanalının binasına girib və jurnalistlərdən binanı tərk etmələrini tələb ediblər. Onlara bildirilib ki, bu binaya da həbs qoyulub.//virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top