Avtomobil ağaca çırpıldı - keçmiş polis əməkdaşı ÖLDÜ


İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat-hadisəsi baş verib.

Hadisə bu gün axşam saat 19:00 radələrində İsmayıllının İvanovka qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Göyçay rayon sakini Mahmudov Arzu Mahmud oğlu idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Arzu Mahmudov uzun müddət İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşı olub, yaxın aylarda təqaüdə çıxmışdı. (APA)

DİGƏR XƏBƏRLƏR

Top