Hərbi ekspert: "Ruslar axtarışda iştirak edəcəklərsə ..."


Xəbər verdiyimiz kimi, gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.

Müdafiə Nazirliyinin verdiyi məlumatda deyilir ki, hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.
Yeniavaz.com-un verdiyi xəbərə görə, hərbi ekspert Üzeyir Cəfərli bu hadisə ilə bağlı Müdafiə Nazirliyinin rəhbərlərinə müraciət edib:
"Artıq axtarış-xilasetmə işlərinə Rusiya mütəxəssislərinin cəlb edilməsinə ehtiyac yoxdur. Əgər onlar bu prosesdə iştirak edəcəklərsə, biz heç vaxt təyyarənin qəzaya uğraması deyil, uğradılması ilə bağlı həqiqəti öyrənə bilməyəcəyik. 
Allah xidməti vəzifələrinin icrası zamanı faciəli şəkildə həlak olan pilotumuz polkovnik-leytenant Rəşad Atakişiyevin doğma və əzizlərinə də səbr versin. 
Tanrı Azərbaycanımızı və Silahlı Qüvvələrimizi qorusun!".

DİGƏR XƏBƏRLƏR

Top