Türkiyədə hərbi anbarda partlayış olub - VİDEO


Türkiyədə hərbi anbarda partlayış olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Hatay əyalətinin Reyhanlı ilçəsində meydana gəlib.  Məlumata görə, hadisə 9 avqust səhər saatlarında baş verib. Partlayışdan dərhal sonra təhlükəsizlik məqsədilə ətrafdakı yaşayış evləri boşaldılıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Partlayışın baş vermə səbəbləri araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top