
Yevlax rayonun Qaroğlan kəndində avtomobil 4 yaşlı uşağı vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.
Yeniavaz.com xəbər verir ki, kənd ərazisində toy məclisinə gələn qonaqlardan birinə məxsus “Ford” markalı avtomobil manevr zamanı 2015-ci il təvəllüdlü Kərimov Pünar Anar oğlunu vurub.
Xəsarət almış azyaşlı təcili xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları araşdırılır.
Esmira Hidayətova, Yevlax
Tətbiqimizi yükləyə bilərsiniz