“Prado” sərnişin mikroavtobusu ilə toqquşdu - Yaralı var


Zaqatala - Bərdə marşurutu üzrə işləyən mikroavtobus "Prado" markalı avtomobillə toqquşub.

Yeniavaz.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Zaqatalanın Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə nəticəsində mikroavtobusda olan Balakən rayon Qullar kənd sakini 1976-cı il təvəllüdlü Doldolova Təranə Mənsur qızı xəsarət alıb. Yaralı Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top