
Türkiyənin Çorum bölgəsində heyvandarlıqla məşğul olan Seyfi Keyvan ölkə ictimaiyyətinin marağını üzərinə çəkib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, S. Keyvan xüsusi olaraq qulluq edib saxladığı buğaya "S-400" adını verib.
S. Keyvan qurban bayramı üçün satışa çıxardığı buğaya "S-400" adının qoymasını səbəbini izah edərkən deyib: "Bu buğa ("S-400") öz təsərrüfatımızdandır. 3 yaşı var və 3 ildir öz uşağım kimi ona xüsusi qulluq edirəm. Hazırda 1.5 ton çəkisi var. Prezidentimiz Rəcəb Tayyip Ərdoğan Amerikanın təhdidlərinə baxmayaraq S-400-ləri Türkiyəyə gətirdi. Bizim də buğamız bu ərazidə ən gülcü buğa olduğu üçün heç bir təhdiddən qorxmur. Ona görə də adını S-400 qoyduq" .
Qeyd edək ki, S. Keyvan 1.5 ton olan "S-400"ü 17 min 250 tl-yə (5350 AZN) satıb.