Zelenski qumar oyunları ilə bağlı qərar verdi


Ukrayna Prezidenti Vladimir Zelenski qumar oyunlarını qanuniləşdirmək istədiyini açıqlayıb.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının bu təklifi beşulduzlu otellərdə ki, kazinolara aid olacaq. Onun sözlərinə görə, qumar oyunlarının leqallaşdırılması turizm çoxluğunun inkişafına təkan verəcəkdir.
Xatırladaq ki, V.Zelenski prezidentliyə namizədliyində Ukraynanı Las Veqas etmək üçün fürsət olduğunu açıqlamışdı.
Qeyd edək ki, Ukraynada qumar oyunlarına 2009-cu ildən etibarən qadağa qoyulub.

DİGƏR XƏBƏRLƏR

Top