Saqqal saxlamaq məşhur şirkəti 8 milyard dolar ziyana saldı


Dünyanın ən böyük istehlak şirkətlərindən olan "Procter & Gamble" 8 milyard dolar ziyana düşüb.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb dünya kişilərinin böyük bir hissəsinin saqqal saxlamasıdır.
Şirkət rəsmisi Con Moeller bildirib ki, son illər dünyada dəb halını almış saqqal saxlamaq vərdişi şirkətə məxsus "Gillette" markalı üz qırxanların satışını kəskin şəkildə azaldıb.
Bu da şirkətin 8 milyrad dollar ziyana düşməsinə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top