
Rusiyanın baş naziri Dmitri Medvedev idman naziri Vitali Mutkonun baş nazirin müavini vəzifəsinə namizədliyini Prezident Vladimir Putinə təklif edib. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, V. Putin təklifi qəbul edib.
V. Mutkonun yeni vəzifədə idman, turizm və gənclər siyasəti məsələlərinə nəzarət edəcək.
Bundan başqa, D. Medvedev idman nazirinin müavini Pavel Kolobkovun V. Mutkonun yerinə təyin edilməsini təklif edib.
V. Putin bu təkliflə də razılaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz