"WhatsApp"a "Instagram"ın funksiyası əlavə olunacaq


Dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp"a yeni funksiya əlavə ediləcək.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp"a "Instagram"da ən çox istifadə olunan “Boomerang" funksiyası əlavə olunacaq.
"WhatsApp" istifadəçiləri çəkdikləri qısa videoları "Boomerang" edərək yazışdıqları şəxsə göndərə və status bölməsində paylaşa biləcəklər.
Hazırda sınaq müddətində olan funksiyadan ilk olaraq “iOS” istifadəçiləri daha sonra isə "Android" istifadəçiləri yararlanacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top