"Rosneft"in vitse-prezidenti Azərbaycandan ləzgilərə muxtariyyət verilməsini istədi - QALMAQAL


Rusiya və dünyanın ən böyük neft şirkətlərindən biri olan "Rosneft" şirkətinin vitse-prezidenti və mətbuat katibi, tanınmış jurnalist Mixail Leontyev Azərbaycanla bağlı qalmaqallı açıqlama verib.
Yeniavaz.com xəbər verir ki, Leontyev Azərbaycanda yaşayan ləzgi, avar və digər Dağıstan millətlərindən olanlara muxtariyyət statusunun verilməsini təklif edib. Bu barədə məlumatı məşhur "Arqumentlər və Faktlar" ("Аргументы и Факты") nəşrinin Dağıstan bölməsi yayıb. "dag.aig.ru" saytında qeyd olunub ki, Mixail Leontyevin açıqlaması sosial şəbəkələrdə böyük etirazla qarşılanıb və insanlar belə bir təklifin dilə gətirilməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib.
Məsələ ilə bağlı Dağıstanın Milli Məsələlər Nazirliyindən "Arqumentlər və Faktlar"a açıqlama verilib və bilirilib ki, səslənən fikirlər Mixail Leontyevin şəxsi düşüncəsidir. Nazirlikdən bildirblər ki, dövlətlərarası münasibətlər, o cümlədən dağıstanlıların etnik-mədəni inkişafı beynəlxalq hüquq və razılaşmalar əsasında həll edilməlidir.
Məlumat üçün bildirək ki, Mixail Leontyev ötən ermənilərlə bağlı verdiyi açıqlama ilə gündəmə gəlmişdi. "Rosneft" şirkətinin vitse-prezidenti ötən il "Komsomolski Pravda" radiostansiyasının efirində ermənilərin Rusiyadan başqa heç kimə lazım olmadığını və ölkənin bütün tarix boyunca Rusiyanın çiyinlərinə düşən əlavə yük olduğunu dilə gətirmişdi. Mixail Leontyev qeyd etmişdir ki, biz olmasaydıq, fiziki baxımdan nə erməni, nə də Ermənistan olardı: "Ümumiyyətlə mövcud olmazdılar. Yalnız və yalnız bizim dəstəyimiz hesabına bu gün mövcud olan xalqın bizi xainliklə şantaj etməsinə haqqı yoxdur".
Onu da qeyd edək ki, hazırda Mixail Leontyevin vitse-prezident olduğu "Rosneft" şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əsas tərəfdaşlarından biridir. Ötən ilin sentyabr ayında SOCAR ilə səhmlərinin 50%-dən çoxu Rusiya dövlətinə məxsus olan "Rosneft" arasında əməkdaşlıq haqında saziş imzalanıb.
 

DİGƏR XƏBƏRLƏR

Top