Sükan arxasında yuxuladı, betonqarışdıran maşın aşdı - VİDEO

Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yük maşını aşıb.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində betonqarışdıran maşının sürücüsü yüngül xəsarət alıb.

Yol polisindən saytımıza verilən məlumata görə, sürücünün sükan arxasında yuxuladığı, idarəetməni itirərək, avtomobili aşırdığı ehtimal edilir. 

Yük maşını tikinti şirkətlərindən birinə məxsusdur.

DİGƏR XƏBƏRLƏR

Top