Mərkəzi Seçki Komissiyası: Müxalifətçilərə qoyulan qadağa davam edəcək


Rusiyanın Mərkəzi Seçki Komissiyası sentyabr ayının 8-də Moskvada keçiriləcək seçkilərdə iştirak etmək istəyən müxalifətçilərə qoyulan qadağaların davam edəcəyini açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, müxalifət liderlərinin seçkilərdə iştirak etməsi üçün Moskvada keçirilmiş etiraz aksiyaları zaman minlərlə insan saxlanılmış, polis isə etirazları dağıtmaq üçün tətbiq etdiyi üsula görə sərt tənqid olunmuşdu.
Rusiyanın hakim dairələri, ölkənin tanınmış müxalifətçiləri Lyubov Sobol, Dimitri Qudkov və Yelena Rusakovanın etirazlarını qəbul etmədiklərini və bu şəxslərin seçkilərdə namizədliklərini verə bilməyəcəklərini açıqlayıblar. Bu qərarın ardından açıqlama verən Leonid Volkov aksiyaların arataraq davam edəcəyini və paytaxtdan kənarda da yürüşlər keçiriləcəyini bildirib. L. Volkov həbsxanada olan müxalifətçi lider Aleksey Navalniyə ən yaxın şəxs hesab olunur.
Qeyd edək ki, MSK seçkilərdə namizəd olmaq istəyən müxalifətçilərin tələb olunan imza sayını aşa bilmədiklərini bildirmiş, müxalifət tərəfi isə buna etiraz etmişdi. Bununla da ötən ayın 27-də Moskvada kütləvi etiraz aksiyaları başladı. iki minə yaxın insanın və müxalif lider Aleksey Navalninin saxlanılmasına baxmayaraq etiraz aksiyaları hələ də səngiməyib.

DİGƏR XƏBƏRLƏR

Top