Rusiyada 27 yaşlı azərbaycanlını güllələyərək öldürən qatil polisə təslim oldu - Hadisə anının VİDEO-su


Rusiyanın İvanov şəhərində fəaliyyət göstərən "Rokko"adlı barda öldürülən 27 yaşlı azərbaycanlı Fazil Balayevin qatili dünən polisə təslim olub.
Yeniavaz.com xəbər verir ki, iyulun 28-də şəhər saat 4-də İvanov şəhərinin Puşkin meydanında yerləşən "Rokko" barının qarşısında baş verən münaqişə zamanı 27 yaşlı azərbaycanlı Fazil Balayev odlu silahla öldürən şəxs barın mühafizəçisi Anatoli Qrudistov olub.
Hadisədən sonra qaçaraq gizlənən qatil  10 gündən sonra polis idarəsinə gələrək təslim olub.
Anatoli Qrudistovun atəş açaraq  Fazil Balayevi öldürdüyü anın VİDEO-sunu təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top