Bədbəxt hadisə yaşanmış Şəki Xan Sarayı barədə QƏRAR VERİLDİ - RƏSMİ


Bu həftənin sonu qədər Şəki Xan Sarayına giriş bərpa olunacaq.

Yeniavaz.com xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyinin (DTA) mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.

K.Quluzadə qeyd edib ki, saray ətrafındakı ağaclarda budanma, ərazidə bərpa,  və təmizlik işləri yekunlaşıb:

“Saraya girişin bərpa olunması istiqamətində digər dövlət qurumları ilə razılaşdırılmalar aparılıb”.

Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşməsi nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır. 
Hadisə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından biri xəstəxanada dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top