Ərdoğan "Qaz Dağları" ilə bağlı təlimat verdi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son günlər ölkə gündəmində önəmli paya sahib olan "Qaz Dağları" mövzusunda açıqlama verib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, R. T. Ərdoğan rəhbəri olduğu AKP-nin (Ədalət İnmişaf Partiyası) iclasında "Qaz Dağları" mövzusunda tabeçiliyində olan şəxslərə təlimat verib. O, yaxın müddətdə Qaz Dağlarına səfər edəcəyini bildirib.
Xəbərdə bildirilir ki, Türkiyə hökumətinə yaxınlığı ilə tanınan mətbuat orqanlarından verilən məlumata əsasən, Ərdoğan mədən kimi istifadə olunacaq ərazi ilə bağlı mübahisələrin manipulyasiyadan ibarət olduğunu bildirib. Prezident məsələ ilə bağlı xəbərləri yaxından izləyəcəyini də vurğulayıb.
Qeyd edək ki, mübahisələrə səbəb isə Çanaqqala vilayətinin Kirazlı kəndində Kanadanın "Alamos Gold" və yerlin "Doğu Biqa Mədənçilik" şirkətlərinin qızıl mədənləri qazmaq üçün buradakı meşəlikləri qırmalarıdır.

DİGƏR XƏBƏRLƏR

Top