Goranboyda yol qəzası baş verib - xəsarət alan var

Goranboyda “VAZ 2199” markalı minik maşını “Priora” markalı avtomobillə toqquşub.

Yeniavaz.com xəbər verir ki, qəza nəticəsində biri yüngül olmaqla iki nəfər xəsarət alıb. Durumu daha ciddi olan yaralı - 1981-ci il təvəllüdlü rayon sakini Mahmudov Eldar İsmayıl oğlu rayon xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top