İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu seçkilərdən əvvəl “Sənə səs vermərəm” deyən qadını evində ziyarət edib.
Yeniavaz.com xəbər verir ki, 44 gün sonra yenidən bir araya gələn 60 yaşlı Mahruze Keleşlə İmamoğlu arasındakı maraqlı anlar yaşanıb.
31 mart seçki kampaniyası ərəfəsində Sultanbəylidəki bazarda İmamoğlu ilə qarşılaşan Keleş “Sən Tayyib Ərdoğana bağlı deyilsənsə sənə səs yox. Sənə börek, kətə bişirərəm, amma səs vermərəm” demişdi. Bu sözə cavab olaraq da İmamoğlu “Səndən səsini yox, duanı istəyirəm. Seçkini qazanacağam və 1 ay ərzində çay içməyə evinizə gələcəyəm” cavabını vermişdi.
İmamoğlu sözünü tutdu və 6 avqustda Keleşi evini ziyarət edib. Ziyarət zamanı sədr və qadın arasındakı dialoqlar hamının gülüşünə səbəb olub. Mahruze İmamoğluna “Səni heç kim tanımırdı. Mənə görə tanındın. Necə ürəkdən dedimsə bir deyil iki dəfə qazandın", deyib. İmamoğlu isə “Allah razı olsun. Tanıtdın bizi, nə edək? Bir az da danışsan, 3 seçkini qazanacağam” söyləyib.