Rusiyada 27 yaşlı azərbaycanlını öldürən şəxs təslim olub.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Anatoliy Qrudistov könüllü şəkildə polis bölməsinə gəlib.
Xatırladaq ki, otən ayın 28-i, gecə saat 4-də Puşkin meydanında yerləşən "Rokko" barında Qrudistov və adı açıqlanmayan 27 yaşlı azərbaycanlı arasında mübahisə olub. Mübahisə zamanı həmyerlimiz travmatik silahdan açılan atəş nəticəsində başından ağır yaralanıb və həyatını itirib.
A.Qrudistov haqqında qəsdən adam öldürmə ittihamı ilə cinayət işi açılıb.