Bakıda həbsdə olan oğluna heroin keçirmək istəyən ata saxlanılıb


Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Yeniavaz.com-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Quliyev Pərviz Hümbət oğlu ilə qısamüddətli görüşə gəlmiş atası Bakı şəhər sakini Quliyev Hümbət Həbib oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman iki ədəd alışqanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0.903 qram olan narkotik maddə - heroin aşkar edilib. 

DİGƏR XƏBƏRLƏR

Top