
Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putin ilə telefon danışığı aparıb.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat verilib.
Məlumata görə, danışıqlar əsasən Ukraynanın 4 hərbiçisinin ötən gün həlak olması mövzusunda olub. Danışıqda tərəflər Üç Tərəfli Təmas qrupu çərçivəsində dialoqun vacibliyini qeyd ediblər. Eyni zamanda əsirlərin dəyişdirilməsi də əsas mövzulardan biri olub. Dövət başçıları “Normandiya formatı” ölkələri arasında yüksək səviyyəli görüş keçirməklə bağlı razılıq da əldə ediblər.
Bundan əlavə, V.Zelenski Almaniyanın kansleri Angela Markel və Fransa lideri Emmanuel Makronla da əlaqə saxlayaraq, Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə edib.
Tətbiqimizi yükləyə bilərsiniz